Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş məktubundan: “Biz vətəndaşlar hər zaman Sizin qayğı və dəstəyinizi hiss edirik”

Vətəndaş məktubundan: “Biz vətəndaşlar hər zaman Sizin qayğı və dəstəyinizi hiss edirik”


1-04-2026, 12:46

Cəmilə Qocayevadan,

Hörmətli cənab Prezident,

Sizin ölkəmizdə yürütdüyünüz sosial siyasət və rəhbərliyiniz altında həyata keçirilən uğurlu islahatlar xalqımızın güzəranının yaxşılaşmasına, həyat səviyyəsinin yüksəlməsinə zəmin yaratmışdır. Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işləri də uğurlu hesab etmək olar.

Mən bir müddət idi ki, iş axtarırdım. Məşğulluq Mərkəzinə müraciət etdim. Qısa bir zamanda mənə dəstək oldular və özəl şirkətin birində satıcı-kassir işinə yönləndirildim. Göstərilən operativ dəstək və diqqət üçün öz minnətdarlığımı bildirirəm.

Biz vətəndaşlar hər zaman Sizin qayğı və dəstəyinizi hiss edirik. Uğurlarınızın daim bol olmasını diləyirik!

Hörmətlə,

Cəmilə Qocayeva

Azərbaycan Respublikası, Qazax şəhəri.

https://president.az/az/articles/view/71999


Geri qayıt