Əsas Səhifə > Manşet / İdman > Qazaxda keçirilən yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin qalibləri mükafatlandırılıb
Qazaxda keçirilən yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin qalibləri mükafatlandırılıb12-03-2026, 21:02 |
|
"Qazax İdman paytaxtı 2026" çərçivəsində Qazaxda silsilə yarışlar, turnirlər, çempionatlar keçirilməkdədir. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 11-dən daha bir çempionata start verilib. Yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyi pəhləvanlar yurdu Qazaxda keçirilir. 2026-cı ilin İdman Paytaxtı martın 11-dən 14-dək azyaşlı yeniyetmələrin əzmkar və maraqlı mübarizəsinə şahidlik edəcək.Ölkə birinciliyi üçün respublikamızın bölgələrindən 620 nəfər idmançı Qazax rayonuna səfər edərək çempionata qatılıb. U15 ölkə birinciliyində 2011-2012-ci il təvəllüdlü oğlanlar mübarizə aparır. Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin ilk günündə sərbəst güləş üzrə 6 çəkidə finalçılar müəyyənləşib. Gündüz seansında 38, 41, 44, 48, 52 və 57 kq-da müxtəlif mərhələlər üzrə mübarizə baş tutub. Martın 11-də Qazax Olimpiya İdman Kompleksində ölkə birinciliyinin təntənəli açılış mərasimi keçirilib. Bu gün, martın 12-də ölkə birinciliyində I, II, III yerləri tutmuş idmançılar təltif ediliblər. Qalib idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom, medal və Azərbaycan Güləş Federasiyası tərəfindən hədiyyələrlə mükafatlandırılıblar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Azərbaycan Respublikasının İdman ustası və Əməkdar məşqçisi, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov qalib adını qazanmış güləşçiləri təbrik edib, səmimi ürək sözlərini səsləndiriblər. Medal, diplom və hədiyyələri qaliblərə təqdim ediblər.
Geri qayıt |