Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı müqəddəs Ramazan və milli bayramımız olan Novruz bayramları ərəfəsində şəhid məzarlarını ziyarət edib
Qazaxda icra başçısı müqəddəs Ramazan və milli bayramımız olan Novruz bayramları ərəfəsində şəhid məzarlarını ziyarət edib10-03-2026, 22:35 |
|
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi Vətən yolunda canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin ailələrini daim diqqət mərkəzində saxlayır. Hər il olduğu kimi, bu il də müqəddəs Ramazan ayı və milli bayramımız olan Novruz bayramı ərəfəsində Şəhidlik zirvəsinə yüksələn oğullarımız unudulmayıb, şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə rayonun İkinci Şıxlı və Birinci Şıxlı kəndlərində olub, 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış şəhidlərin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub. Rayon rəhbəri Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin yaddaşlara əbədi həkk olunduğunu, şanlı Zəfərin heç zaman unudulmayacağı, bütün şəhidlərimizin, qazandığımız şanlı Zəfərdə payı olan qazaxlı oğullarımızın daim qəlblərdə yaşayacaqlarını bildirib. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin daim ehtiramla anılacağını qeyd edib. Vətən müharibəsi şəhidi kapitan Rövşən Pənahovun atası Mahmud Pənahov, şəhid Babək Həsənovun anası Gülarə Həsənova və başqaları hər zaman onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinəminnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını, daim qayğı göstərilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Onlar üçün nə qədər çətin olsa da, bizləri, xalqımızı qalib ölkənin vətəndaşı edən oğulları ilə fəxr etdiklərini, qürur duyduqlarını vurğulayıblar. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kəndinin igid oğlu şəhid əsgər Kərimov Emil İlqar oğlunun məzarını ziyarət
Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kəndinin igid oğlu şəhid əsgər Omarov Elmar Elvar oğlunun məzarını ziyarət
Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kəndinin igid oğlu şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun məzarını ziyarət
Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kəndinin igid oğlu şəhid əsgər Qurbanov Davud Tariyel oğlunun məzarını ziyarət
Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”,“Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kəndinin igid oğlu şəhid əsgər Həsənov Babək Saleh oğlunun məzarını ziyarət
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kəndinin igid oğlu şəhid əsgər Mustafayev Merik Musa oğlunun məzarını ziyarət
Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kəndinin igid oğlu şəhid əsgər Nəsibov Nicat Səməd oğlunun məzarını ziyarət
Mərhum şəhid atası Səməd Nəsibovun məzarını ziyarət
Geri qayıt |