Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı bir qrup şəhid ailəsi ilə görüşüb
Qazaxda icra başçısı bir qrup şəhid ailəsi ilə görüşüb3-03-2026, 20:10 |
|
Bəli, bu gün qürurla söyləyə bilirik ki, qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına əldə edildi. Şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizin ailələrinə, yaralı döyüşçülərə, müharibə əlillərinə, iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, mütəmadi olaraq onlarla görüşərək qayğıları ilə maraqlanır. Şəhid ailələrini və qaziləri günün istənilən vaxtında fərdi qəbul edərək müraciətlərini dinləyir.
Şəhid ailələri ilə səmimi söhbət edən icra başçısı 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarekterli antiterror tədbirlərində iştirak edən bütün hərbçilərimizin, qəhrəman şəhidlərimizin, qazilərimizin onun üçün doğma və əziz olduğunu söyləyib, onların ünvanına xoş ürək sözlərini səsləndirib. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək Qazaxda bu amilin, göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Şəhid ailələri onlara, eləcə də qazilərə göstərilən diqqətə, qayğıya görə razılıqlarını ifadə edərək buna görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşə və səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkür ediblər.
Geri qayıt |