Əsas Səhifə > Manşet / İdman > "Qazax İdman paytaxtı 2026"nın təntənəli açılış mərasimi keçiriləcək
"Qazax İdman paytaxtı 2026"nın təntənəli açılış mərasimi keçiriləcək2-03-2026, 18:27 |
|
İdman paytaxtının təntənəli açılış mərasiminin keçirilməsinə sayılı günlər qalır ki, bu, 5 mart tarixində gerçəkləşəcək. Bu il 5 mart tarixi Azərbaycanda təkcə Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yadda qalacaq. Bu il 5 mart tarixi qazaxlılar üçün daha da əlamətdar olacaq ki, həmin gün Qazax idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil alacaq, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotu ictimaiyyətə təqdim olunacaq. Məlumat üçün onu da qeyd edək ki, ötən ilin dekabr ayından etibarən Qazaxda "İdman paytaxtı"na hazırlıq işlərinə start verilib. Bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"nın loqosu hazırlanaraq şəhərin mərkəzi hissələrinə vurulub. Həmçinin, “"Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılması və “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 5 yanvar 2026-cı il tarixli 9-23/01 nömrəli Sərəncam imzalanıb. Sərəncamın imzalanmasında əsas məqsəd "Qazax İdman Paytaxtı-2026" çərçivəsində əhalinin müntəzəm fiziki aktivliyə cəlb olunması, sağlam həyat tərzinin stimullaşdırılması, uşaqlar-gənclər idmanının inkişafı və ehtiyat qüvvənin formalaşdırılmasının təmin olunması, kütləvi idman tədbirlərinin təşkili, rayonda Olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması, idmana diqqət və qayğının daha da artırılmasıdır. "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən.hazırlıq işləri yekunlaşıb.
Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Gənclər və İdman Nazirliyinin İdman şöbəsində sektor müdiri Elçin Qasımov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhunə Hüseynova, Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, İşçi qrupunun digər üzvləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova iştirak ediblər.
Sonda rayon rəhbəri "Qazax İdman paytaxtı 2026"nın açılış mərasiminin, eləcə də il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkil olunmasını qeyd edərək bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Geri qayıt |