Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı qazi atasının hüzr mərasimində iştirak edib və yaxınlarına başsağlığı verib
Qazaxda icra başçısı qazi atasının hüzr mərasimində iştirak edib və yaxınlarına başsağlığı verib26-02-2026, 21:56 |
|
Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, qazilərə, müharibə iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. 44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan, bu yolda sağlamlığını qurban verən, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş oğullarımızdan biri də Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili(MAHHXHQ) Rəhimov Fəqan Fazil oğludur.
Fevralın 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələri Qazaxbəyli kəndində qazimizin ata ocağında olub, hüzr mərasimində iştirak edərək ailəsinə və yaxınlarına başsağlığı veriblər. İcra başçısı Rəcəb Babaşov mərhum Fazil Rəhimovun vəfatından kədərləndiyini bildirib, qazimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib. İcra başçısı ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Məlumat üçün qeyd edək ki, Rəhimov Fəqan Fazil oğlu 4 iyun 1996-cı ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Qazax rayon Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbi bitirib. Orta təhsillidir. 9 sentyabr 2020-ci il tarixdən Qusar rayonunda N saylı hərbi hissədə MAHHXHQ kimi xidmətə başlayıb. 27 sentyabr 2020-ci il tarixdə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. 6 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu ətrafında gedən döyüşlərdə sağ ayaq nahiyəsindən qəlpə yarası və kəllə-beyin travması alıb. Fəqan Rəhimova Füzuli hərbi hospitalında ilkin tibbi yardım göstərilib. 09.10.2020-ci ildə Beyləqan RMX-da, 14.10.2020-ci il tarixdə Beyləqan rayon N saylı hərbi hissənin tibb məntəqəsində müalicə aldıqdan sonra 18.10.2020-ci il tarixdə xidmətini davam etdirmək üçün döyüşə qayıdıb. Hərbi xidmətdən tərxis olunub. 08.09.2021-ci il tarixdə III dərəcəli əlillik təyin edilib. Respublika Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. Qazimizin evi "Arkoz Qazax Sement Zavodu” MMC tərəfindən əsaslı şəkildə yenidən qurulub. Geri qayıt |