Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Şəhid ailəsinin evi təmir ediləcək
Şəhid ailəsinin evi təmir ediləcək21-02-2026, 10:38 |
|
Respublika mətbuatı Qazax haqqında "Arkoz Qazax Sement Zavodu" Azərbaycanın iri sement istehsalçılarından olmaqla yanaşı, həm də xeyirxah əməlləri ilə tanınır. Öz ənənəsinə sadiq qalan zavodun kollektivi şəhid ailələrini, qaziləri daim diqqətdə saxlayır, onlara qayğı göstərərək sosial problemlərinin həllində, məişət şəraitlərinin yaxşılaşdırılmasında yaxından iştirak edir. Hər zaman xeyirxah işləri ilə fərqlənən zavod bu il də öz ənənəsinə sadiq qalaraq daha bir şəhid ailəsinin yanında olmuşdur. Zavod rəhbərliyi bu dəfə 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı ilə təltif olunmuş şəhid əsgər Nəsibov Akşin Vasif oğlunun ailəsinə diqqət ayıraraq onun yaşadığı evin təmirini öz üzərinə götürmüşdür.
Şəhid atası Vasif Nəsibov çıxış edərək oğlunun boya-başa çatdığı evin əsaslı təmirini onun ruhuna göstərilən ehtiram kimi dəyərləndirmişdir. Onu da qeyd edək ki, bu gün Qazaxda şəhid Akşin Nəsibovun adına küçə var. Sonra mütəxəssislər evin vəziyyəti ilə tanış olmuş, görüləcək işlərlə bağlı layihə-smeta sənədləri hazırlamışlar. Sabir ƏLİYEV, "Azərbaycan" qəzetinin bölgə müxbiri 21 fevral 2026-cı il, səhifə 10 https://www.azerbaijan-news.az/az/posts/detail/sehid-ailesinin-evi-temir-edilecek-1771622881/383165
Geri qayıt |