Əsas Səhifə > Manşet / Rəsmi > Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib
Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib21-02-2026, 15:32 |
|
Müqəddəs Ramazan ayı başlayıb, qarşıdan isə milli bayramımız olan Novruz bayramı gəlir. Hər il olduğu kimi, bu il də bayramlar ərəfəsində Qazax rayonunun sakinləri qəbiristanlıqlarda olublar. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə fevralın 21-də şəhər və rayonun bütün kənd qəbiristanlıqlarında ənənə şəklini alan ümumrayon iməciliyi keçirilib. Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradılması məqsədilə keçirilən iməcilkdə rayon sakinləri də iştirak edib. İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb. İməcilikdə elliklə iştirak edən rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər. Məlumat üçün bildirək ki, iməcilik fevralın 22-də də davam edəcək. Şəhər qəbiristanlığı
Hüseynbəyli kənd qəbiristanlığı
Qaymaqlı kənd qəbiristanlığı
Kəmərli kənd qəbiristanlığı
Yuxarı Salahlı kənd qəbiristanlığı
Aşağı Salahlı kənd qəbiristanlığı
Orta Salahlı kənd qəbiristanlığı
Birinci Şıxlı kənd qəbiristanlığı
İkinci Şıxlı kənd qəbiristanlığı
Daş Salahlı kənd qəbiristanlığı
Qazaxbəyli kənd qəbiristanlığı
Abbasbəyli kənd qəbiristanlığı
Qarapapaq kənd qəbiristanlığı
Bala Çaylı kənd qəbiristanlığı
Çaylı kənd qəbiristanlığı
Ürkməzli kənd qəbiristanlığı
Dəmirçilər kənd qəbiristanlığı
Kosalar kənd qəbiristanlığı
Xanlıqlar kənd qəbiristanlığı
Cəfərli kənd qəbiristanlığı
Fərəhli kənd qəbiristanlığı
Quşçu Ayrım kənd qəbiristanlığı
Məzəm kənd qəbiristanlığı
Geri qayıt |