Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub
İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub16-02-2026, 19:46 |
|
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.
Vətəndaşların yaşadıqları küçələrin asfaltlanması və işıqlandırılması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsələlərə həssaslıqla yanaşılacağını söyləyib. İcra başçısı şəhərdə bir neçə küçənin asfaltlanmasının nəzərdə tutulduğunu, sözügedən küçələrin də zamanla asfaltlanacağını diqqətə çatdırıb. Küçələrin işıqlandırılması ilə bağlı məsələnin həlli istiqamətində lazımi addımların atılacağını bildirib, həmçinin, küçələrdə səliqə-sahman işlərinin aparılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib. Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Geri qayıt |