Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


9-03-2018, 20:34
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş amilini ön plana çəkərək bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib. Onları diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verib.

Vətəndaşlar əsasən işlə təmin olunmaq barədə müraciət ediblər.

Xanlıqlar kənd sakini, III qrup əlil Dilbazi Elcan Çingiz oğlunun ikinci qrup əlillik dərəcəsinin verilməsi ilə bağlı müraciəti rayon rəhbərliyi tərəfindən diqqətlə dinlənildikdən sonra ona köməklik göstərilməsi barədə göstəriş verilib.

Kəmərli kənd sakini Süleymanova Kəmalə Sirəc qızının və şəhər sakini Bəşirova Tamella Həmid qızının işlə təmin olunmaqla bağlı müraciətlərinə İcra Başçısı tərəfindən kömək göstərilsin cavabı verilib.

Aşağı Salahlı kənd sakini Poluyev Bəkir Rəşid oğlu oğlunun işlə təmin olunması ilə bağlı müraciət edib. Vətəndaşa rayon Məşğulluq Mərkəzində qeydiyyata düşməsi məsləhət olunub.

Daş Salahlı kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Abdullayev Nurəddin Yusif oğlunun mənzillə təmin olunmaqla bağlı müraciəti də cavablandırılıb. Vətəndaşa bildirilib ki, evlər siyahı əsasında tikilir və növbəsi çatanda mənzillə təmin olunacaqdır.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ

Geri qayıt