Əsas Səhifə > Manşet / İdman > Qazaxda icra başçısı Yunan-Roma və Sərbəst güləş idman növləri üzrə keçirilmiş U-17 Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb
Qazaxda icra başçısı Yunan-Roma və Sərbəst güləş idman növləri üzrə keçirilmiş U-17 Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb16-02-2026, 15:23 |
|
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idman sahəsinə ayırdıqları diqqət, idmançılara göstərdikləri qayğı Qazax rayonunda da hər zaman nümunə götürülür.Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən idman sahəsini həmişə diqqətdə saxlaması, bu sahənin inkişaf etdirilməsi istiqamətində gördüyü məqsədyönlü işlər, idmançılarla görüşməsi, onları təltif etməsi, mükafatlandırması dediklərimizin əyani sübutudur.
Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ birinciliklərinin mükafatçısı, ali kateqoriyalı məşqçi-müəllim, Fəxri idman xadimi, Prezident təqaüdçüsü Ramiz Tağıyev iştirak ediblər. İdmançımızla səmimi söhbət edən icra başçısı Rəcəb Babaşov onu əldə etdiyi nailiyyət, parlaq qələbə münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, digər sahələrə olduğu kimi, idman sahəsinə, üçrəngli Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandıran, Dövlət Himnimizi səsləndirən idmançılara xüsusi qayğı ilə yanaşım. Çünki hər bir idmançının qazandığı qələbə ölkəmizin, Qazaxın qələbəsidir. Rayonun adını uca zirvələrə qaldıran idmançılara qayğı göstərmək isə hər birimizin borcudur.
Rayon rəhbəri ilə səmimi söhbət edən idmançımız öz növbəsində onu qəbul etdiyinə, görüşdüyünə və ünvanına səsləndirdiyi xoş sözlərə görə minnətdarlığını bildirib. Qazaxda idman sahəsinə, idmançılara göstərilən qayğıya görə razılığını ifadə edib, bugünkü görüşü həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib. Məlumat üçün vurğulayaq ki, Nazarov Rəşid Şahin oğlu 10 mart 2009-cu ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olub. 1-5-ci sinifə qədər Qazax rayon Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta ümumtəhsil məktəbdə təhsil alıb. 5-ci sinifdən Bakı şəhərində Respublika Olimpiya İdman Liseyində təhsilini davam etdirib, hazırda həmin liseyin 11-ci sinfində təhsil alır. Qazax rayonunda təhsil aldığı dövrdə məşqçi müəllimi Qazax şəhərində Məhəmmədəli Qazaxlı adına güləş salonunun məşqçi müəllimi, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Ramiz Tağıyev olmuşdur. 6 nəfər ailə üzvü var. Hazırda Bakı şəhərində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində atası, anası və qardaşı ilə birgə yaşayır. Onu da qeyd edək ki, Sərbəst güləş idman növü üzrə 52 kq çəki dərəcəsində 15-18 may 2024-cü il tarixlərdə Yunanıstan Respublikasının Lutraki şəhərində keçirilmiş 15 yaşadək (U-15) idmançılar arasında Avropa çempionatında II yeri tutaraq gümüş medal, 28 iyun-4 iyul 2024-cü il tarixlərdə Rusiya Federasiyasının Yakutsk şəhərində keçirilmiş “Asiya Uşaqları” VIII Beynəlxalq Oyunlarında III yeri tutaraq bürünc medal qazandığına görə Nazarov Rəşid Şahin oğlu 10.07.2024-cü il tarixdə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişdir.
Geri qayıt |