Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısı işğaldan azad olunmuş Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərindən müraciət etmiş bir qrup vətəndaşı istəklərinə əsasən qəbul edib
Qazaxda icra başçısı işğaldan azad olunmuş Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərindən müraciət etmiş bir qrup vətəndaşı istəklərinə əsasən qəbul edib10-02-2026, 19:50 |
|
Bəli, Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması dövlətimizin daha bir qələbəsi oldu ki, bu qələbəni bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev, Vətən yolunda şirin canlarından keçən şəhidlərimiz, sağlamlıqlarını itirmiş qazilərimiz bəxş etdilər.
İcra başçısı Rəcəb Babaşov uzun illər Vətən həsrəti çəkən sakinləri doğma kəndlərinin qaytarılması münasibətilə bir daha təbrik edib, xoş arzularını bölüşüb. “"Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandan 2024-cü ildə xalqımıza, qazaxlılara daha bir qələbə sevincini yaşatdı”, - deyə qeyd edən icra başçısı 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu bildirib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmasını, mayın 15-də müvafiq protokolun imzalanmasını, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin doğma yurdlarına qayıdacaqlarını söyləyib. Rayon rəhbəri işğaldan azad olunmuş sözügedən kəndlərdə mina təmizləmə işləri ilə yanaşı, aparılacaq tikinti işlərinin hazırlıq mərhələsini də müzakirə edib. Kənd sakinləri ilə səmimi söhbət edən icra başçısı kəndlərlə bağlı fikir mübadiləsi aparıb. Kənd sakinləri çıxış edərək hər zaman Müzəffər Ali Baş Komandana inandıqlarını, Onun müdrik siyasəti, qətiyyətli mövqeyi sayəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Qazaxın kəndlərinin qaytarılacağına hər zaman əmin olduqlarını söyləyiblər. Məhz 19 aprel, 15 və 24 may tarixlərinin onları yanıltmadığını, bu əminliklərinin gerçək olduğunu qeyd ediblər. Doğma yurda qovuşmağın sevincini yaşayan sakinlər bu xoşbəxtiyi onlara bəxş edən Müzəffər Ali Baş Komandana qazaxlılar, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlər adından bir daha dərin minnətdarlıqlarını bildiriblər.
Geri qayıt |