Əsas Səhifə > Manşet / İdman > "Qazax İdman paytaxtı 2026"ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək
"Qazax İdman paytaxtı 2026"ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək5-02-2026, 23:21 |
|
"Qazax İdman paytaxtı 2026" çərçivəsində silsilə tədbirlər keçiriləcəkdir. Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Qazax Dövlət Rəsm Qalereyası da "Qazax İdman paytaxtı 2026" çərçivəsində öz töhfəsini verəcək. Belə ki, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "Qazax İdman paytaxtı 2026"ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcəkdir.
Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhunə Hüseynova, Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün olan əhəmiyyətindən söz açıb. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən icra başçısı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin də rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. "Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılmasını və “Tədbirlər Planı”nın təsdiq edilməsini bu istiqamətdə görülmüş işlərin əyani sübutu kimi qiymətləndirib. Rayon rəhbəri nəzərdə tutulmuş tədbirlərin, idman yarışlarının, festivallarının yüksək səviyyədə təşkil olunacağını söyləyib.
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov çıxış edərək mədəniyyət işçilərinin də "Qazax İdman Paytaxtı-2026" çərçivəsində töhfə verəcəklərini, keçiriləcək rəsm müsabiqəsinin də bu istiqamətdə atılan nümunəvi addımlardan biri olacağını söyləyib. Müsabiqənin yüksək səviyyədə təşkil olunacağını diqqətə çatdırıb. Geri qayıt |