Əsas Səhifə > Manşet / İdman > Qazaxda icra başçısı Azərbaycan Güləş Federasiyasının nümayəndələri ilə görüşüb
Qazaxda icra başçısı Azərbaycan Güləş Federasiyasının nümayəndələri ilə görüşüb4-02-2026, 20:59 |
|
Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Güləş Federasiyasının Nümayəndələrlə iş şöbəsinin müdiri Elfaq Səfərov, Azərbaycan Güləş Federasiyasının Nümayəndələrlə iş şöbəsinin mütəxəssisi, Avropa və Dünya Çempionu, Olimpiya mükafatçısı, Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanı və “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan MilliOlimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü Rəsul Çunayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Əfqan Əliyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları salamlayıb, Qərbin qapısı sayılan, şairlər, aşıqlar yurdu olan Qazaxda görməkdən məmnunluq duyduğunu söyləyib. İcra başçısı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün olan əhəmiyyətindən söz açıb. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən icra başçısı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin də rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. "Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılmasını və “Tədbirlər Planı”nın təsdiq edilməsini bu istiqamətdə görülmüş işlərin əyani sübutu kimi qiymətləndirib. Rayon rəhbəri nəzərdə tutulmuş tədbirlərin, idman yarışlarının, festivallarının yüksək səviyyədə təşkil olunacağını söyləyib. Səmimi söhbət əsasında keçən görüşdə Azərbaycan Güləş Federasiyası tərəfindən Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçiriləcək tədbirlər, yarışlar, icra olunacaq layihələr müzakirə olunub, fikir mübadiləsi aparılıb. "Qazax İdman paytaxtı 2026" çərçivəsində Azərbaycan Güləş Federasiyası olaraq öz töhfələrini verəcəkləri vurğulanıb. Qazax rayonunda gənclərin asudə vaxtının səmərəli təşkilinə, sağlam həyat tərzinin təşviqinə, perspektivli idmançıların aşkara çıxarılmasına, həmçinin, rayonda idman potensialının gücləndirilməsinə, idman infrastrukturunun genişləndirilməsinə, müasir idman obyektlərinin yaradılmasına xidmət edən layihələrin icra olunmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb. Azərbaycan Güləş Federasiyası olaraq rayonda güləş zallarının açılmasını, yaradılmasını dəstəklədikləri bildirilib. Sonda rayon rəhbəri Azərbaycan Güləş Federasiyası tərəfindən Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçiriləcək tədbirlərə, yarışlara, icra olunacaq layihələrə görə Federasiyasının rəhbərliyinə razılığını ifadə edib, səmimi ürək sözlərini bölüşüb. Geri qayıt |