Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - FOTOLAR
Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - FOTOLARBu gün, 11:26 |
|
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində, rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Onu da vurğulayaq ki, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında və yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Keçirilən qəbullardan sonra rayon İcra Hakimiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən, qəbullar zamanı edilən müraciətlər, vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. 2026-cı ilin yanvar ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 4 səyyar görüşü, inzibati binada 14 qəbulu (10-u fərdi, 4-ü ümumi olmaqla) təşkil olunub. Ümumi qəbulda 47 nəfərin, fərdi qəbulda 31 nəfərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. Yanvar ayı ərzində fərdi və ümumi qəbula gələn 78 nəfər tərəfindən 86 məsələ qaldırılmışdır. Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmasına, mənzil, sığınacaq, torpaq, əlillik dərəcəsinin təyini və ünvanlı sosial yardım, maddi yardım, müalicə olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir. 2026-cı ilin yanvar ayında Qazax şəhəri, rayonun Daş Salahlı, Hüseynbəyli, Aslanbəyli kəndləri üzrə 4 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 491 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 7 məsələ qaldırılmışdır. Görüşlər zamanı səyyar qəbullarda vətəndaşlar əsasən elektrik məsələsi (elektrik enerjisi ilə təchizat, elektrik dayaqlarının dəyişdirilməsi və s.), suvarma suyu (sahilbərkitmə işlərinin aparılması, subartezian quyusunun qazılması (balansa verilməsi), suvarma arxlarının beton üzlüyə alınması və s.), avtomobil yolunun təmiri (əsaslı təmiri, asfaltlanması), təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi, təmiri, içməli su və kanalizasiya məsələləri, qaz təchizatı ilə bağlı müraciət etmişdir. İstər keçirilən fərdi və ümumi qəbullar, istərsə də səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. Səyyar qəbullarda İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, digər rəhbər şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar iştirak edib. Məlumat üçün qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində inzibati binada 151 qəbul (103-ü fərdi, 48-i ümumi olmaqla) təşkil edilib. Yanvar-dekabr ayı ərzində fərdi qəbulda 228, ümumi qəbulda 324 nəfər iştirak etmişdir. Yanvar-dekabr ayı ərzində fərdi və ümumi qəbula gələn 552 nəfər tərəfindən 611 məsələ dinlənilmişdir. Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmasına, mənzil, sığınacaq, torpaq, əlillik dərəcəsinin təyini və ünvanlı sosial yardım, maddi yardım, müalicə olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir. 2025-ci ilin yanvar-dekabr aylarında Qazax şəhəri Zeynalabdin Tağıyev, Səməd Vurğun, Mehdi Hüseyn, Aslan Kəmərli, Məhəmməd Əmin Rəsulzadə, Bakı, Hüseyn Arif (Hərbi şəhərcik), Ə.Şıxlinski küçələri, Bakı 1,2,2A, Nəriman Nərimanov yaşayış massivi, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbə, Ürkməzli, Alpout, Xanlıqlar, Kəmərli, Quşçu Ayrım, Cəfərli, Qaymaqlı, Bala Çaylı, Yuxarı Salahlı, Qazaxbəyli, Fərəhli,Məzəm, Kosalar, Qarapapaq, Orta Salahlı, Abbasbəyli, Hüseynbəyli, Aslanbəyli, Birinci Şıxlı, Aşağı Salahlı, İkinci Şıxlı, Canalı, Daş Salahlı, Çaylı, Dəmirçilər,Ağköynək kəndləri üzrə 48 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 4893 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 102 məsələ qaldırılmışdır. Fərdi şəkildə keçirilmiş qəbuldan
Ümumi şəkildə keçirilmiş qəbuldan
Qazax şəhərində keçirilmiş səyyar qəbuldan
Daş Salahlı kəndində keçirilmiş səyyar qəbuldan
Hüseynbəyli kəndində keçirilmiş səyyar qəbuldan
Aslanbəyli kəndində keçirilmiş səyyar qəbuldan
Geri qayıt |