Əsas Səhifə > Manşet / Şəhidlər > Şəhid anası yazır: “Cənab Prezident, Siz “Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır” deyərək xalqın taleyini öz taleyinizə çevirdiniz”
Şəhid anası yazır: “Cənab Prezident, Siz “Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır” deyərək xalqın taleyini öz taleyinizə çevirdiniz”30-01-2026, 14:13 |
|
Hörmətli cənab Prezident, Siz “Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır” deyərək xalqın taleyini öz taleyinizə çevirdiniz. Hər zaman hər bir vətəndaşa qayğı göstərərək hamımızın doğmasına çevrildiniz. Mən Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhid Nicat Nəsibovun anasıyam. Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə görülən bütün işlər, əldə olunan uğurlar əhali tərəfindən alqışlarla qarşılanır və hər zaman təqdir olunur. Şəhid ailələrinə və müharibə əlillərinə, onların müraciətlərinə daim həssaslıqla yanaşılır, qayğıkeş münasibət göstərilir. Bütün bunlar hər birimizi ürəkdən sevindirir, eyni zamanda gənc nəsildə vətənpərvərlik ruhunu da yüksəldir. Cənab Prezident, ölkə əhalisinin xoş güzəranı üçün gördüyünüz işlərə görə Sizə dərin təşəkkürümü bildirir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə, Əhmədova İlhamə, şəhid Nicat Nəsibovun anası Azərbaycan Respublikası, Qazax rayonu, Böyük Cəfərli kəndi. 30 yanvar 2026-cı il https://president.az/az/articles/view/71437 Geri qayıt |