Əsas Səhifə > Manşet / Rəsmi > Qazax RİH-də keçirilən ümumi qəbulda vətəndaşların müraciəti dinlənilib
Qazax RİH-də keçirilən ümumi qəbulda vətəndaşların müraciəti dinlənilibDünən, 14:21 |
|
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. 2026-cı ilin yanvar ayı üzrə sonuncu ümumi qəbul ayın 30-da keçirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev Qazax şəhərindən, rayonun Daş Salahlı, Kosalar, Xanlıqlar, Cəfərli kəndlərindən müraciət etmiş 9 nəfər vətəndaşı idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin iştirakı ilə qəbul edib. Qəbul zamanı vətəndaşın işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etməsi bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıq verilib. Qəbul zamanı vətəndaşın müxtəlif məzmunlu müraciəti dinlənilərək müvafiq olaraq cavablandırılıb.
Geri qayıt |