Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısı vətəndaşın etdiyi müraciətlə bağlı görülmüş işlərin nəticəsi ilə maraqlanıb
Qazaxda icra başçısı vətəndaşın etdiyi müraciətlə bağlı görülmüş işlərin nəticəsi ilə maraqlanıb24-01-2026, 13:44 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Yanvarın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərindən müraciət etmiş Balaməmmədova Səkinə Murad qızını fərdi qəbul edərək onun müxtəlif məzmunlu müraciətini dinləyərək qeyd etdiyi məsələnin araşdırılmasını bildirmişdi. Vətəndaşın etdiyi müraciətlə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlarını vermişdi. Yanvarın 24-də icra başçısı Rəcəb Babaşov vətəndaşı təkrar qəbul edərək onun etdiyi müraciətlə bağlı görülmüş işlərin nəticəsi ilə maraqlanıb. Vətəndaş S.Balaməmmədova ona göstərilən qayğıya və müraciətinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə razılığını ifadə edib.
Geri qayıt |