Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısı qarlı hava şəraiti ilə əlaqədar sərhəddə yerləşən Quşçu Ayrım kəndində olub
Qazaxda icra başçısı qarlı hava şəraiti ilə əlaqədar sərhəddə yerləşən Quşçu Ayrım kəndində olubDünən, 21:48 |
|
Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman örnək götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları, məcburi köçkün ailələri ilə yanaşı, sərhəddə yaşayan sakinlərə də daim qayğı ilə yanaşılır. Rayon rəhbəri mütəmadi olaraq sərhəddə yerləşən kəndlərdə olur, sakinlərlə görüşərək onları hər zaman diqqət mərkəzində saxlayır.
Sakinlərlə səmimi söhbət edən rayon rəhbəri dövlətin, ölkə başçısının hər zaman onların yanında olduğunu diqqətə çatdırıb. Bugünkü gəlişin kökündə də vətəndaş məmnunluğunun dayandığını söyləyib. Rayon rəhbərliyinə kəndlərdə istər qaz, istərsə də elektrik enerjisi ilə bağlı hər hansı bir problemin olmadığı, yolların qreyder vasitəsilə səhər saatlarından təmizləndiyi və qum səpildiyi bildirilib. Sakinlər onlarla görüşə gəldiyinə, qayğıları ilə maraqlandığına və göstərdiyi qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Geri qayıt |