Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda icra başçısı qarlı hava şəraiti ilə əlaqədar rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub
Qazaxda icra başçısı qarlı hava şəraiti ilə əlaqədar rayonda fəaliyyət göstərən uşaq bağçalarında olubDünən, 17:54 |
|
Ölkə başçısının regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, göstərdiyi qayğı sayəsində Qazaxda da bu sahə daim diqqət mərkəzində saxlanılır. Son illər Qazaxda uşaqlara göstərilən qayğının bariz nümunəsini bu gün rayonda mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 20-si kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasından görə bilərik. Yanvarın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda baş məsləhətçi Əziz Məmmədovla birlikdə mövcud qarlı hava şəraiti ilə əlaqədar Qazax şəhərində fəaliyyət göstərən 1,3,6 saylı Körpələr Evi-Uşaq bağçalarında və 2 saylı Uşaq bağçasında olub. Bağçalara baxış keçirən icra başçısı Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının istilik sistemində olan problemin aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Məktəbəqədər təhsil müəssisələrində körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları ilə yaxından tanış olan icra başçısı gələcəyimiz olan körpələrin hər cür qayğıya, diqqətə layiq olduğunu qeyd edib. Bağça müdirləri ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdikləri kollektivlər və valideynlər adından minnətdarlıqlarını bildiriblər. Uşaqlara göstərilən qayğının valideynlər tərəfindən də razılıqla qarşılandığını dilə gətiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. 1 saylı Körpələr Evi-Uşaq bağçasına baxış
2 saylı Uşaq bağçasına baxış
3 saylı Körpələr Evi-Uşaq bağçasına baxış
6 saylı Körpələr Evi-Uşaq bağçasına baxış
Geri qayıt |