Əsas Səhifə > Manşet / Rəsmi > Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı vətəndaşların müraciətini dinləyib
Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı vətəndaşların müraciətini dinləyib14-01-2026, 19:05 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Yanvarın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərindən, rayonun Daş Salahlı, Orta Salahlı, Ağköynək, Canalı kəndlərindən müraciət etmiş 8 nəfər vətəndaşı istəklərinə əsasən fərdi qəbul edib, onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Geri qayıt |