Əsas Səhifə > Manşet / İdman > İcra başçısı "Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb
İcra başçısı "Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb5-01-2026, 22:17 |
|
“"Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılması və “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 5 yanvar 2026-cı il tarixli 9-23/01 nömrəli Sərəncam imzalanıb. Sərəncamın imzalanmasında əsas məqsəd "Qazax İdman Paytaxtı-2026" çərçivəsində əhalinin müntəzəm fiziki aktivliyə cəlb olunması, sağlam həyat tərzinin stimullaşdırılması, uşaqlar-gənclər idmanının inkişafı və ehtiyat qüvvənin formalaşdırılmasının təmin olunması, kütləvi idman tədbirlərinin təşkili, rayonda Olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması, idmana diqqət və qayğının daha da artırılmasıdır. Yanvarın 5-də Qazax Rayon İcra Hakimiyyətində sözügedən İşçi qrupunun üzvləri ilə görüş keçirilib. Görüş zamanı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar həyata keçirilən işlərin mövcud vəziyyəti, həmçinin, Tədbirlər Planında nəzərdə tutulmuş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, İşçi qupunun üzvləri iştirak ediblər.
Qazax-Tovuz Regional Gənclər və İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar qazaxlıları, rayon ictimaiyyətini bir daha təbrik edib, səmimi ürək sözlərini səsləndirib. İdarə rəisi bu gün Qazaxda idmanın futbol, qol güləşi, cüdo, karate, taekvando, boks, kikboksinq, MMA, ağır atletika, Yunan-Roma güləşi, sərbəst güləş növlərində daha böyük uğurların əldə olunması, bu idman növlərində regionlar arasında yarışların, turnirlərin keçirilməsi üçün böyük imkanlar olduğunu qeyd edib. Ə.Məsmalıyev bildirib ki, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsində əsas məqsəd təkcə idman yarışlarının təşkil olunması deyil, eyni zamanda, rayonda idman infrastrukturlarının genişləndirilməsi, inkişaf etdirilməsidir. Açılışların, təməlqoyma mərasimlərinin təşkil olunması, yeni idman zallarının, məktəblərinin inşa edilməsidir. İdman federasiyalarının diqqətini rayona cəlb etməklə idmançılarımız üçün geniş imkanlar açmaqdır. Ə.Məsmalıyev ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan danışaraq Qazaxda həmin qayğının daim hiss olunduğunu bildirib. Məhz rayon rəhbərliyi tərəfindən həmin qayğının uğurla davam etdirildiyini vurğulayaraq hər zaman gənclərə, idmançılara olan səmimi münasibətə, göstərilən dəstəyə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Geri qayıt |