Əsas Səhifə > Manşet / Rəsmi > 2026-cı ilin yanvar ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki
2026-cı ilin yanvar ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki3-01-2026, 17:45 |
||||||||||||||||||||
|
Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır. 2025-ci ilin dekabr ayında Qazax şəhəri, rayonun Fərəhli və Kosalar kəndləri üzrə 4 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 427 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 3 məsələ qaldırılmışdır. Ümumilikdə, 2025-ci ilin yanvar-dekabr aylarında Qazax şəhəri Zeynalabdin Tağıyev, Səməd Vurğun, Mehdi Hüseyn, Aslan Kəmərli, Məhəmməd Əmin Rəsulzadə, Bakı, Hüseyn Arif (Hərbi şəhərcik), Ə.Şıxlinski küçələri, Bakı 1,2,2A, Nəriman Nərimanov yaşayış massivi, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbə, Ürkməzli, Alpout, Xanlıqlar, Kəmərli, Quşçu Ayrım, Cəfərli, Qaymaqlı, Bala Çaylı, Yuxarı Salahlı, Qazaxbəyli, Fərəhli,Məzəm, Kosalar, Qarapapaq, Orta Salahlı, Abbasbəyli, Hüseynbəyli, Aslanbəyli, Birinci Şıxlı, Aşağı Salahlı, İkinci Şıxlı, Canalı, Daş Salahlı, Çaylı, Dəmirçilər,Ağköynək kəndləri üzrə 48 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 4893 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 102 məsələ qaldırılmışdır. Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb. Səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. 2026-cı ilin yanvar ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:
Geri qayıt |