Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda elmi-praktik konfrans keçirilib
Qazaxda elmi-praktik konfrans keçirilib6-03-2018, 19:27 |
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı Qadınlar Şurası tərəfindən “İnkişafın aspektləri elmi–siyasi yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransı giriş sözü ilə açaraq Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə son illərdə həyata keçirilən layihələrdən danışaraq qeyd edib ki, görülən işlər deməyə əsas verir ki, Azərbaycanın etibarlı, inamlı və xoşbəxt gələcəyi var. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadəsi ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçmişdir. Qeyd edib ki, həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadın əməyi olmasın. Bu gün kişilərlə çiyin-çiyinə çalışan qadınlarımız elm, təhsil, səhiyyə, incəsənət, kənd təsərrüfatı, sənaye sahələrində səylə çalışaraq cəmiyyətimizə öz bəhrələrini verirlər. Ona görə də birmənalı şəkildə deyə bilərik ki, qadınlar böyük qüvvədir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edərək onlara ailə səadəti, uzun ömür, xoşbəxt həyat arzu edib. YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü “Təhsil sahəsinə dövlət qayğısı haqqında“ mövzusuna həsr olunmuş geniş məruzə ilə çıxış edərək respublikamızda, eləcə də rayonumuzda təhsil sahəsinə göstərilən dövlət qayğısından söz açıb. Qeyd edib ki, “Təhsil millətin gələcəyidir” – deyən ulu öndər Heydər Əliyevin bu dəyərli sözləri rayonumuzda uğurla icra edilir. Respublika Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı, müəllimlərə, bütövlükdə təhsil sahəsində çalışan insanlara verdiyi yüksək dəyər rayonumuzda da əsas prioritet kimi götürülür. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə göstərdiyi diqqət və qayğı istər müəllimlər, istərsə də şagirdlər tərəfindən yüksək qiymətləndirilir. Qazax rayon uşaq xəstəxanasının həkimi, YAP Qazax rayon Qadınlar Şurasının üzvü Sima Qapaqova ”Səhiyyəyə dövlət qayğısı“, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva “Tarixi abidələrimizə dövlət qayğısı“, Çaylı kənd 2 saylı tam orta məktəbin direktor müavini Sevil Göyüşova “Heydər Əliyev fondu təhsil, səhiyyə və mədəniyyətin inkişafına dəstəkdir”, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Flora Əmirova “Azərbaycan dili və dövlət qayğısı”, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi, YAP Qazax rayon təşkilatının şura üzvü Tərlan Bədəlova “Kənd təsərrüfatının inkişafına dövlət qayğısı“, 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində sektor müdiri, YAP Qazax rayon Qadınlar Şurasının üzvü Afət Eyyubova “Ekoloji sahəyə dövlət qayğısı“ mövzularında çıxış edərək qeyd edilən mövzular ətrafında göstərilən dövlət qayğısından söz açıblar. YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək rayonumuzda görülən işlərdən ətraflı danışaraq Qazaxın ən abad və inkişaf etmiş rayonlardan birinə çevrilməsindən söz açıb. Qeyd edib ki, Ölkə Başçısının irəli sürdüyü proqram və vəzifələr rayonumuzda uğurla həyata keçirilir və bu işdə partiya fəallarının əməyi xüsusilə böyükdür. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov elmi-praktik konfransa yekun vuraraq müstəqil Azərbaycanın çiçəklənməsi naminə qadınlara daha səmərəli fəaliyyət arzulayıb. Elçin İSMAYIL Geri qayıt |