Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda “Birlik və Həmrəyliklə yeni ilə doğru” adlı bayram tədbiri keçirilib
Qazaxda “Birlik və Həmrəyliklə yeni ilə doğru” adlı bayram tədbiri keçirilib26-12-2025, 18:53 |
|
Qazax Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin vəAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Şaxta baba və Qar qızın tədbirə qatılması bayrama toplaşanlara xoş ovqat bəxş edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram tədbirində çıxış edərək iştirakçıları, şəhid ailələrini, qaziləri salamlayıb, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi ürək sözlərini bölüşüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, xalqımızı, rayon ictimaiyyətini əlamətdar günlər münasibətilə təbrik edib, ən xoş arzularını səsləndirib. İcra başçısı yeni ilin yeni uğurlar gətirməsini, xalqımıza, dövlətimizə düşərli bir il olmasını arzu edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qləbədən söz açan rayon rəhbəri bu qələbə uğrunda, torpaqlarımızın azadlığı naminə canlarından keçən şəhidlərimizi ehtiramla anıb, sağlamlığını itirən qazilərimizi minnətdarlıqla xatırlayıb. Xalq olaraq bu gün müstəqil ölkənin vətəndaşı kimi bayramlar qeyd etməyimizi şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib. Bu gün işğaldan azad olunmuş torpaqlarda üçrəngli Azərbaycan Bayrağının dalğalandığını, həmin ərazilərdə quruculuq işlərinin həyata keçirildiyini, soydaşlarımızın öz doğma yurdlarına qayıtdıqlarını söyləyib. Sonra bayram tədbiri konsert proqramı ilə davam etdirilib. Gənc müğənni Nəsimi Kamaloğlu “Dur gedək Qazağa bir salam verək” mahnısı ilə təbriklərini çatdırıb. Əməkdar artsit Almaz Orucovanın səsləndirdiyi “Səni sevdiyim qədər”, Xatirələr” mahnıları alqışlarla qarşılanıb. Gənc və istedadlı müğənni Tural Qismət “Bəlalım”, “Bu qızların telinə bax”, “Mələksən” mahnıları ilə tədbirə toplaşanlara xoş anlar yaşadıb. Gənc aşıq Samir Cəlaloğlu sazda ifa etdiyi bir-birindən rəngarəng musiqi töhfələri ilə tədbirdə böyük coşqu yaradıb. Gənc müğənnilərdən Gülnar Mədətova “Sevən mənim kimi olar”, Vüsalə Quliyeva “Qarabağ Azərbaycandır” söyləyərək tədbirklərini ifadə ediblər. Gənc müğənni Zəmanə Dərviş “Qələbən mübarək Azərbaycanım” söyləyərək tədbirə toplaşanlara xoş ovqat bəxş edib. Zəmanə Dərviş və Nəsimi Kamaloğlu sonda “Azərbaycan” söyləyərək bayram tədbirinə öz töhfələrini qatıblar.
Geri qayıt |