Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


5-03-2018, 21:02
Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Fəaliyyətə başladığı ilk gündən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş amilini ön plana çəkərək fərdi qəbullar keçirir, rayon sakinlərini diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verir.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də öz ənənəsinə uyğun olaraq bir qrup rayon sakinini qəbul edib. Vətəndaşlar əsasən işlə təmin olunmaları barədə müraciət ediblər.

Şəhər sakini Qocayeva Gülnar Əli qızının işlə təmin olunmaq barədə müraciəti rayon rəhbərliyi tərəfindən müsbət cavablandırılıb və ixtisasına uyğun işlə təmin olunması barədə göstəriş verilib.

İcra Başçısı Rəcəb Babaşov başqa bir şəhər sakini Zeynalova Mehriban Qara qızının işlə təmin olunmaqla bağlı müraciətini diqqətlə dinlədikdən sonra müvafiq işlə təmin edilməsini tapşırıb.

Yuxarı Əskipara kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Süleymanov Şaiq Məsmalı oğlu oğlunun sənətkarlıqla məşğul olması üçün müvafiq bir yerin verilməsi ilə bağlı müraciəti müsbət həll edilib və bununla bağlı rayon rəhbərliyi göstəriş verib.

Qarapapaq kənd sakini Abbasova Pərvanə Əhməd qızı özünün, Hüseynbəyli kənd sakini Orucova Zərifə Məhəmməd qızı oğlunun, Çaylı kənd sakini Rəhimova Xatın Novruz qızı qızının, Kosalar kənd sakini Əsgərov Surxay Oqtay oğlu özünün işlə təmin olunmaq barədə mürəciətləri İcra Başçısı tərəfindən diqqətlə dinlənildikdən sonra müvafiq olaraq cavablandırılıb.

Yuxarı Əskipara kənd sakini, məcburi köçkün Məmmədova Aidə Nəsib qızının evinin təmir olunması ilə bağlı müraciətinə İcra Başçısı bu işi görməli olan aidiyyatı qurumlara bir daha məktubla müraciət edilməsi barədə göstəriş verib.

GOYEZEN.AZ

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Geri qayıt