Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı fərdi qəbulda vətəndaşların müraciətini dinləyib
İcra başçısı fərdi qəbulda vətəndaşların müraciətini dinləyib22-12-2025, 19:51 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Dekabrın 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Sofulu və Abbasbəyli kəndlərindən müraciət etmiş vətəndaşları istəklərinə əsasən fərdi qəbul edib, müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Geri qayıt |