Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı fərdi qəbulda vətəndaşın müraciətini dinləyib
İcra başçısı fərdi qəbulda vətəndaşın müraciətini dinləyib18-12-2025, 20:06 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Dekabrın 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Yuxarı Salahlı kəndindən müraciət etmiş 1 nəfər vətəndaşı istəyinə əsasən fərdi qəbul edib, müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Geri qayıt |