Əsas Səhifə > Manşet / Rəsmi > Qazax RİH-də keçirilən ümumi qəbulda icra başçısı vətəndaşların müraciətini dinləyib
Qazax RİH-də keçirilən ümumi qəbulda icra başçısı vətəndaşların müraciətini dinləyib12-12-2025, 21:56 |
|
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. 2025-ci ilin dekabr ayı üzrə növbəti ümumi qəbul ayın 12-də keçirilib. Qazax şəhərindən, rayonun Ağköynək, İkinci Şıxlı, Daş Salahlı, Ürkməzli, Xeyrımlı kəndlərindən müraciət etmiş 5 nəfər vətəndaşın istəyi idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib. Qəbul zamanı əvvəlcə bu gün Anım Gününü böyük ehtiramla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
“Hər zaman olduğu kimi, bundan sonra da hər kəs çalışmalıdır ki, vətəndaş məmnunluğu təmin olunsun. Bu, hər bir dövlət məmuru üçün ən ümdə məsələ və vəzifə borcu hesab olunmaldır. Çünki hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşı qəbul edib onun müraciətini dinləmək, onlara layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, - deyən icra başçısı bu günə kimi keçirilən qəbulların məhz bu məqsədə xidmət etdiyini söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə olan görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. İcra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Qəbul zamanı vətəndaşın işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etməsi bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıq verilib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.
Geri qayıt |