Əsas Səhifə > Manşet / Təhsil > İcra başçısı İkinci Şıxlı kənd 3 saylı Körpələr Evi-Uşaq bağçasında olub
İcra başçısı İkinci Şıxlı kənd 3 saylı Körpələr Evi-Uşaq bağçasında olub10-12-2025, 21:29 |
|
Ölkə başçısının regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, göstərdiyi qayğı sayəsində Qazaxda da bu sahə daim diqqət mərkəzində saxlanılır. Son illər Qazaxda uşaqlara göstərilən qayğının bariz nümunəsini bu gün rayonda mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 20-si kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasından aydın şəkildə görə bilərik. Təqdirəlayiq haldır ki, Qazaxda gələcəyimiz olan uşaqlara göstərilən qayğı, ayrılan diqqət bu gün də davam etdirilir. Dekabrın 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə rayonun İkinci Şıxlı kəndində fəaliyyət göstərən 3 saylı Körpələr Evi-Uşaq bağçasında olub. Rayon rəhbəri Şıxlı Bələdiyyəsi tərəfindən bağçada aparılan təmir işləri ilə maraqlanıb. Rayon rəhbərliyinə məlumat verilib ki, bağça binasının fasadı suvanaraq rənglənib, iki ədəd yeni plastik pəncərə qoyulub, mətbəxin tavanı və döşəməsi yenilənərək əsaslı təmir edilib, həmçinin, eyvan əsaslı təmir olunaraq yeni görkəmə salınıb. Bağçanın həyətində digər abadlıq işləri də həyata keçirilib. Məktəbəqədər təhsil müəssisəsində uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti, keyfiyyəti ilə yaxından tanış olan icra başçısı gələcəyimiz olan körpələrin hər cür qayğıya, diqqətə layiq olduğunu qeyd edib. Sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin artırılmasının vacibliyi bir daha vurğulanaraq bununla bağlı aidiyyəti üzrə lazımi tapşırıqlar verilib. Bağça müdiri Mehriban Nəsibova ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya rəhbərlik etdiyi kollektiv və valideynlər adından minnətdarlığını bildirib. Uşaqlara göstərilən qayğının valideynlər tərəfindən də razılıqla qarşılandığını dilə gətirib. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Bağçanın təmir olunmasında əziyyəti keçən hər kəsə razılığını ifadə edib.
Geri qayıt |