Əsas Səhifə > Manşet / Rəsmi > Rayon sakinləri yarmarkadan razılıq edir

Rayon sakinləri yarmarkadan razılıq edir

4-03-2018, 12:13
Rayon sakinləri yarmarkadan razılıq edir
Qazaxda Novruz bayramı ilə əlaqədar keçirilən yarmarka bu bazar günü də davam edib. Təzə Bazarda təşkil olunmuş “Novruz” yarmarkasına şənbə günündə olduğu kimi bu gün də əhalinin tələbatına uyğun olaraq müxtəlif çeşiddə məhsullar çıxarılıb.
Rayon sakinləri yarmarkadan razılıq edir
Artıq üçüncü həftədir ki, keçirilən bayram yarmarkasının təşkil edilməsində məqsəd rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaqdır. Rayon sakinləri, eləcə də qonaqlar çeşidləri müxtəlif olan ərzaq və kənd təsərrüfatı, ət və ət məhsulları alır, yarmarkanın xidmətindən yararlanırlar.
Rayon sakinləri yarmarkadan razılıq edir
Bu gün Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev İcra Aparatının məsul işçiləri ilə birlikdə yarmarkada olub, satılan məhsulların çeşidləri və qiymətləri ilə maraqlanıb. Məlumat verilib ki, satılan məhsulların keyfiyyətləri yüksək, qiymətləri isə bazarla müqayisədə xeyli ucuzdur. Bütün məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı qiymətə təklif olunur. Yarmarkada quzu əti 8 manata, mal əti isə 6 manat 50 qəpiyə satılır.
Rayon sakinləri yarmarkadan razılıq edir
GOYEZEN.AZ portalının əməkdaşları yarmarkadan alış-veriş edən sakinlərlə görüşərək onların fikirlərini öyrəniblər. Münasibət bildirən bütün rayon sakinləri qiymətlərin ucuz olmasından, məhsulların çeşidinin çoxluğundan razı qaldıqlarını bildrərək Ölkə Başçısına minnətdarlıq ediblər.

04 mart 2018-ci il tarixdə keçirilmiş ərzaq məhsullarının satışı yarmarkasında qiymətlər aşağıdakı kimi olmuşdur

Geri qayıt