Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı bu dəfə rayonun Qarapapaq kəndində vətəndaşların müraciəti ilə yerində tanış olub

Qazaxda icra başçısı bu dəfə rayonun Qarapapaq kəndində vətəndaşların müraciəti ilə yerində tanış olub


10-12-2025, 20:46

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanması hər bir dövlət məmuruna örnəkdir. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir.

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

Dekabrın 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun Qarapapaq kəndində yaşayan bir qrup vətəndaşın müraciətinə əsasən yerində baxış keçirməsi rayonda vətəndaş amilinin əsas götürülməsinin əyani sübutudur.

Vətəndaşların yaşadıqları küçənin xırlanması, küçədə mövcud olan köhnə elektrik dirəklərinin və xətlərinin yenisi ilə əvəz olunması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsələlərə həssaslıqla yanaşılacağını söyləyib. Vətəndaşlarla səmimi söhbət edən icra başçısı onlar tərəfindən səsləndirilən məsələlərin həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.


Geri qayıt