Əsas Səhifə > Manşet / İdman > Qazaxın 2026-cı il üçün “İdman Paytaxtı” seçilməsi ilə əlaqədar hazırlıq işləri çərçivəsində rayonda fəaliyyət göstərən idman klublarına və zallarına baxış keçirilib
Qazaxın 2026-cı il üçün “İdman Paytaxtı” seçilməsi ilə əlaqədar hazırlıq işləri çərçivəsində rayonda fəaliyyət göstərən idman klublarına və zallarına baxış keçirilib3-12-2025, 22:29 |
|
Artıq bir neçə gündür ki, Qazaxda "İdman paytaxtı"na hazırlıq işlərinə start verilib. Bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"nın loqosu hazırlanıb. Həmin loqo şəhərin mərkəzi hissələrinə vurulur. Qazaxda bu istiqamətdə hazırlıq işləri sürətlə davam etdirilir. Dekabrın 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyevlə birlikdə Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar hazırlıq işləri çərçivəsində Qazax Olimpiya İdman Kompleksinə, Məhəmmədəli Qazaxlı adına Güləş salonuna, eləcə də rayonda fəaliyyət göstərən digər idman klublarına və zallarına baxış keçirib. Rayon rəhbərliyi idmanın ağır atletika, qol güləşi, cüdo, karate, boks, sərbəst güləş, Yunan-Roma güləşi üzrə idman klublarının və zallarının mövcud vəziyyəti ilə maraqlanıb.
Geri qayıt |