Əsas Səhifə > Manşet / Rəsmi > Qazax RİH-də keçirilən ümumi qəbulda vətəndaşların müraciəti dinlənilib

Qazax RİH-də keçirilən ümumi qəbulda vətəndaşların müraciəti dinlənilib


Bu gün, 11:23


Prezident İlham Əliyevin hər dəfə çıxışlarında səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” fikri hər bir dövlət məmuruna nümunədir. Eyni zamanda bu, həm də onların iş fəaliyyətində bir yol xəritəsi olmalıdır. Ən əsası da ölkə rəhbərinin bu fikrinin arxasında ölkəmizdə yürüdülən dövlət siyasəti və onun tərkib hissəsi olan vətəndaş amili, vətəndaş məmnunluğu dayanır. Bu, eyni zamanda onu göstərir ki, tutduğu vəzifədən və mövqeyindən asılı olmayaraq hər bir dövlət məmuru vətəndaşın yanında olmalı, onlara xidmət göstərməlidir. Ən əsası da odur ki, ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin başlıca istiqaməti kimi bütün sahələrdə əsas götürülməsi dövlət başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman əks olunur. Bu da hər bir dövlət məmuruna nümunə olmaqla bərabər, həm də onların iş fəaliyyətinin tərkib hissəsi olması deməkdir. 

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

2025-ci ilin noyabr ayı üzrə ilk ümumi qəbul ayın 7-də keçirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev rayonun Ağköynək, Qarapapaq, Dəmirçilər, Çaylı kəndlərindən müraciət etmiş 4 nəfər vətəndaşı idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin iştirakı ilə qəbul edib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.


Geri qayıt