Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib28-02-2018, 22:48 |
Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayon sakinlərini fərdi şəkildə qəbul etməsi artıq ənənə şəklini alıb. Demək olar ki, rayon rəhbərliyi həftənin bütün günləri ona müraciət edən sakinləri qəbul edir, vətəndaşları narahat edən məsələləri diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verir. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün iş saatının bitməsinə baxmayaraq ərizə ilə müraciət edən bir qrup rayon sakinini qəbul edib. Vətəndaşlar əsasən işlə təmin olunmaları barədə müraciət ediblər. Kosalar kənd sakini Nəsibzadə Nicat Şaiq oğlu özünün, Ağköynək kənd sakinlərindən Qəribova Nərminə Məhəmməd qızı və Qurbanov Elmir İsmayıl oğlu özlərinin, şəhər sakini Mehdiyev Elxan Səməd oğlu özünün, Yuxarı Salahlı kənd sakini Qayıbov Nazar Taptıq oğlu özünün və şəhər sakini Şahnəzərova Südabə Xıdır qızı isə oğlunun işlə təmin olunmaq barədə mürəciətləri diqqətlə dinlənildikdən sonra İcra Başçısı tərəfindən müvafiq olaraq cavablandırılıb. II qrup Qarabağ müharibəsi əlili Rəhimov Aslan Bayram oğlu həyat yoldaşı Rəhimova Sənəm Yolçu qızı ilə birlikdə qızının və oğlunun işlə təmin olunması üçün etdikləri müraciətə də rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cabab verilib. Torpaq sahəsinin zəbt olunması ilə bağlı müraciət edən Çaylı kənd sakini Alıyev Bəkir Alı oğluna məsələnin qanunla həll olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunub. Aşağı Əskipara kənd sakini Şəmilov Vəli Nizami oğlu isə heç bir probleminin olmadığını və minnətdarlıq bildirmək üçün gəldiyini qeyd edib. O, rayonda görülən genişmiqyası işlərə və müraciətinin müsbət həll olunmasına köməklik göstərdiyinə görə rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib. Mənzillə təmin olunması barədə müraciət şəhər sakini Həsənova Elnarə Xoca qızına gələcəkdə köməklik göstəriləcəyi bildirilib. Qayınanasının evinin tikintisinə köməklik göstərilməsi ilə əlaqədar şəhər sakini Dərvişov Xəlil Məhəmməd oğlu müraciət edib. Rayon rəhbərliyi evin dam örtüyünün vurulması üçün şiferlə təmin olunması barədə göstəriş verib. Şəhər sakini, I qrup əlil İbrahimli Ruslan Ziyaddın oğlu müraciətində film çəkilişi üçün ona maddi yardımın göstərilməsini və həyət evi tikmək üçün torpaq sahəsinin ayrılmasını xahiş edib. Sakini diqqətlə dinləyən İcra Başçısı film çəkilişi üçün yardım göstərilməsi barədə tapşırıq verib, torpaq sahəsi ilə bağlı köməklik ediləcəyini də bildirib. GOYEZEN.AZ
Geri qayıt |