Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda "Vətən Müharibəsi qəhrəmanları ilə bir gün"
Qazaxda "Vətən Müharibəsi qəhrəmanları ilə bir gün"Bu gün, 09:24 |
|
Respublika mətbuatı Qazax haqqında Qazaxda Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş "Vətən Müharibəsi qəhrəmanları ilə bir gün" adlı görüş keçirilmişdir. Qazax Ədəbiyyat Muzeyində təşkil olunmuş görüşü açan Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gəncləri və müharibə iştirakçılarını salamlamış, 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə iştirakçıları təbrik etmişdir. Görüşün əhəmiyyətindən söz açan natiq qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına qazanıldığını, onun Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazıldığını diqqətə çatdırmışdır. Sonra Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli "Rəşadət" ordeni və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov çıxış etmişdir. Qeyd etmişdir ki, Vətən müharibəsi şanlı tariximizə qızıl hərflərlə yazılıb: "Bu müharibə Azərbaycan xalqının əzmkarlığının bir daha böyük nümunəsi oldu, xalqımızın Vətəninə bağlılığını, ərazi bütövlüyü üçün canlarından keçən, sağlamlıqlarını itirən gənclər yetişdirdiyini bütün dünyaya göstərdi. Bu gənclər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövründə yetişən yeni nəsil idi". Sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmiş, ehtiyatda olan polkovnik-leytenant İsgəndər Mustafayev, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmiş Məhəmməd Xəlilli, 3-cü dərəcəli Vətən müharibəsi əlili, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmiş polkovnik-leytenant Valeh Mustafayev, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilmiş polkovnik-leytenant Amil Göyüşov, 2-ci dərəcəli Vətən müharibəsi əlili, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş mayor Xəyyam Əliyev və başqaları çıxış edərək döyüş təəssüratlarını danışmışlar. Görüşün sonunda müharibə iştirakçıları gənclərin suallarını cavablandırmış, gənclərə vətənpərvər olmağı, peşəsindən, kimliyindən asılı olmayaraq vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək qalib Azərbaycanın adını hər zaman uca tutmağı tövsiyə etmişlər. Sabir ƏLİYEV, "Azərbaycan" qəzetinin bölgə müxbiri 25 oktyabr 2025-ci il, səhifə 9
Geri qayıt |