Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşların müraciətlərinə yerində baxılıb
Vətəndaşların müraciətlərinə yerində baxılıb27-02-2018, 19:25 |
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların müraciətlərinə diqqətlə yanaşır, müraciət edən rayon sakinlərini günün müxtəlif vaxtlarında qəbul edir, lazım gəldikdə isə özü vətəndaşların görüşünə belə gedir. Bu gün rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların İcra Aparatına yazdıqları məktub əsasında şəhərin Osman Sarıvəlli küçəsinə gəlib, sakinlərin müraciətlərini dinləyərək vəziyyətlə yerində tanış olub. Burada yaşayan sakinlərlə görüşən rayon rəhbərliyi mövcud vəziyyəti öyrənib. Sakinlər adından çıxış edən Sədəddin Əliyev yaşadıqları ərazidə suvarma suyu sarıdan korluq çəkdiklərini bildirib. Rayon rəhbərliyi sakinləri diqqətlə dinlədikdən sonra qaldırılan məsələnin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. GOYEZEN.AZ
Geri qayıt |