Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Mənə göstərilən diqqət oğlumun da ruhunu şad edir
Mənə göstərilən diqqət oğlumun da ruhunu şad edirDünən, 09:30 |
Respublika mətbuatı Qazax haqqında Qazandığımız bütün qələbələr şəhidlərimizin qanı, canı bahasınadır. Odur ki, şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin borcu olmalıdır. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Qələbəmizin qazanılmasında payı olan igidlərimizdən biri də mənim oğlum Nicat Nəsibovdur. 24 yaşında şəhidlik zirvəsinə yüksələn oğlum döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Bizim Qazaxda da şəhidlərimizin ailələrinə böyük hörmət və qayğı ilə yanaşırlar. Bu yaxınlarda qəflətən xəstələndim. Məni mərkəzi rayon xəstəxanasına yerləşdirdilər. Bunu eşidən rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının nümayəndələri xəstəxanaya gələrək, müalicəmlə maraqlandılar. "Qazax Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Afiq Fərruxov mənim səhhətimlə bağlı ətraflı məlumat verdi. Hazırda vəziyyətimin qənaətbəxş olduğunu, həkimlərin əllərindən gələni əsirgəmədiklərini, hər cür kömək göstərdiklərini bildirdi. Hörmətli redaksiya! Mən bu diqqəti oğlumun ruhuna ehtiram kimi qəbul edirəm. Səməd NƏSİBOV, Qazax rayon sakini, şəhid atası “Azərbaycan” qəzeti, səhifə 11 17 oktyabr 2025-ci il Geri qayıt |