Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşları fərdi qəbul edərək müraciətini dinləyib
İcra başçısı vətəndaşları fərdi qəbul edərək müraciətini dinləyibDünən, 18:43 |
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bütün sahələrdə görünür. Eyni zamanda, bu, hər bir dövlət məmuruna nümunə olmalıdır. Həmçinin, bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda da hər zaman hiss edilir. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Oktyabrın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Quşçu Ayrım və Qarapapaq kəndlərindən müraciət etmiş vətəndaşları istəyinə əsasən fərdi qəbul edib, müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Geri qayıt |