Əsas Səhifə > Manşet / Rəsmi > Millət vəkili Səməd Seyidov bu gün Qazaxın Quşçu Ayrım, Məzəm, Ürkməzli və Dəmirçilər kəndlərində yaşayan sakinlərlə görüşüb
Millət vəkili Səməd Seyidov bu gün Qazaxın Quşçu Ayrım, Məzəm, Ürkməzli və Dəmirçilər kəndlərində yaşayan sakinlərlə görüşüb11-10-2025, 19:02 |
Oktyabrın 11-də 109 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Ürkməzli və Dəmirçilər kəndlərində yaşayan seçiciləri ilə görüşüb. Millət vəkili Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və köməkçisi Akif Əmirovla birlikdə Quşçu Ayrım və Ürkməzli kəndlərinə gələrək sakinlərin müraciətlərini dinləyib. İcra başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Hər zaman olduğu kimi, millət vəkili ilə olan bugünkü görüşün arxasında da vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını söyləyib. Seçiciləri ilə səmimi söhbət edən millət vəkili Səməd Seyidov öz növbəsində sakinləri salamlayıb, onlara xoş arzularını səsləndirib. Millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. “Hər bir dövlət məmurunun vəzifə borcudur ki, siz vətəndaşlara qayğı ilə yanaşsın, daim diqqət ayırsın”, - deyən millət vəkili bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb. Qazaxa hər səfərində hər zaman yeniliyin şahidi olduğunu qeyd edən millət vəkili rayonda aparılan quruculuq işlərindən söz açıb. Son illər ölkə başçısının qayğısı sayəsində Qazaxın gündən-günə inkişaf etdiyini qeyd edib. Millət vəkili rayonda vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Rayon rəhbərinin ölkə Prezidentinin vətəndaşlara olan qayğısını əldə rəhbər tutaraq daim sakinlərin yanında olmasını razılıqla qarşılayıb və bütün bunlara görə ziyalılar adından təşəkkürünü çatdırıb. Millət vəkili ilə səmimi söhbət edən Məzəm kənd sakini Süleyman Süleymanov, Ürkməzli kənd sakinləri İlqar Miralayev, Nüsrət Musayev və başqaları dövlətin, dövlət başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını bildiriblər. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür ediblər. Keçirilən görüşdə vətəndaşların qayğı və problemləri ilə maraqlanılaraq bəzi məsələlərin həll olunması istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib. Səməd Seyidov vətəndaşlar tərəfindən irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyəti orqanlara müraciət edəcəyini bildirib. Quşçu Ayrım kəndində keçirilən görüşdən
Ürkməzli kəndində keçirilən görüşdən Geri qayıt |