Əsas Səhifə > Manşet / Şəhidlər > Vətən müharibəsi qazisi yazır: “Cənab Prezident, Sizin şəhid ailələrinə, Qarabağ qazilərinə, Vətən müharibəsi iştirakçılarına birbaşa qayğınız bizi daim dik durmağa ruhlandırmışdır”
Vətən müharibəsi qazisi yazır: “Cənab Prezident, Sizin şəhid ailələrinə, Qarabağ qazilərinə, Vətən müharibəsi iştirakçılarına birbaşa qayğınız bizi daim dik durmağa ruhlandırmışdır”3-10-2025, 12:13 |
Röyal Kərimovdan, Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Uzun illər ərzində işğal altında olan torpaqlarımız Sizin rəhbərliyiniz və “dəmir yumruğ”unuz sayəsində işğaldan azad edildi və bununla fəxr edirik. Bütün bunlar təqdirəlayiq və əvəzolunmaz şərəfdir. Qeyd etmək istəyirəm ki, mən Füzuli, Qubadlı, Şuşa və digər istiqamətlərdə gedən döyüşlərdə iştirak etmişəm. Düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanmışam və hazırda birinci dərəcəli əliləm. Sizin tərəfinizdən “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm. Sizin şəhid ailələrinə, Qarabağ qazilərinə, Vətən müharibəsi iştirakçılarına birbaşa qayğınız bizi daim dik durmağa ruhlandırmışdır. Cənab Prezident, Sizə minnətdarlıq hissimi bir daha ifadə edərək fəxrlə deyə bilərəm ki, Sizin apardığınız siyasət nəticəsində Azərbaycan dünyəvi və hüquqi dövlətə çevrilmiş, tolerant bir ölkə olaraq bu sahədə hətta yüksək inkişaf etmiş dövlətləri belə üstələmişdir. İnsan haqlarının qorunması, qanunlara riayət olunması, qanunla icazə verilən hüquq və azadlıqların yerinə yetirilməsi tam şəkildə təmin edilir. Ölkəmizin hər sahədə inkişaf etməsi, çiçəklənməsi, irəliyə getməsi bizi sevindirir, nikbin edir. Cənab Prezident, Sizə ailəmin və özümün adından dərin təşəkkürümüzü bildirərək, bizə göstərdiyiniz qayğı və diqqətə görə “çox sağ olun!” deyirəm. Allah Sizi və ailənizi qorusun. Hörmətlə, Kərimov Röyal Şadət oğlu Azərbaycan Respublikası, Qazax şəhəri. 3 oktyabr 2025-ci il https://president.az/az/articles/view/70244 Geri qayıt |