Əsas Səhifə > Manşet / Ədəbiyyat > ADU kollektivi və tələbələr Qazax şəhərində yerləşən Ədəbiyyat Muzeyində olublar

ADU kollektivi və tələbələr Qazax şəhərində yerləşən Ədəbiyyat Muzeyində olublar


3-10-2025, 21:10


Oktyabrın 3-də “Azərbaycan Dillər Universitetinin məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi” qərb bölgəsi üzrə 3-cü regional konfransı çərçivəsində ADU kollektivi və tələbələr Qazax şəhərində yerləşən Ədəbiyyat Muzeyində olublar.

Azərbaycan Yazıçılar Birliyinin Qazax zona Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal muzey haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycanda muzey işinin yaxşılaşdırılması daim xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin 2007-ci il 6 mart tarixli “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” Sərəncamı milli-mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılmasında mühüm keyfiyyət dəyişikliyinə təkan vermişdir.

Respublikamızda muzey şəbəkəsinin inkişafı və muzey işinin hərtərəfli yaxşılaşdırılmasına Heydər Əliyev Fondu da əvəzsiz töhfələr bəxş edir.

https://adu.edu.az/az/xeberler/xeberler/11107.html 


Geri qayıt