Əsas Səhifə > Manşet / Mədəniyyət > ADU rəhbərliyi və kollektivi Qazax rayonunda yerləşən Tarix-Diyarşünaslıq Muzeyində olub
ADU rəhbərliyi və kollektivi Qazax rayonunda yerləşən Tarix-Diyarşünaslıq Muzeyində olub3-10-2025, 20:32 |
Oktyabrın 3-də Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivi “Azərbaycan Dillər Universitetinin məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi” üçüncü regional konfransı çərçivəsində Qazax rayonunda yerləşən Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və ADU-nun rektoru, akademik Kamal Abdulla muzeydə sərgilənən eksponatlarla tanış olublar. Qeyd olunub ki, muzeydəki eksponatlar antik dövrdən müasir dövrədək geniş tarixi mərhələni əhatə edir. Milli-mənəvi dəyərlərimizi əks etdirən nümunələr ziyarətçilərdə dərin təəssürat yaradır, rayonun tarixi haqqında ətraflı məlumat verir. Bildirilib ki, ekspozisiya sərgi salonunun sahəsi 409 kvadratmetr, fondun sahəsi isə 12 kvadratmetrdir. Muzeyin fondunda 2832 eksponat qorunub saxlanılır, onlardan 2450-i nümayiş etdirilir. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənələri, məişəti və tanınmış şəxsiyyətləri ilə bağlı eksponatlar toplanıb. https://adu.edu.az/az/xeberler/xeberler/11091.html
Geri qayıt |