Əsas Səhifə > Manşet / Rəsmi > Sərhəd kəndlərinin sakinlərinə hər zaman diqqət və qayğı göstərilir

Sərhəd kəndlərinin sakinlərinə hər zaman diqqət və qayğı göstərilir

22-02-2018, 20:32

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Kəmərli kənd sakinləri ilə keçirdiyi görüşdə bu fikir səslənib

Sərhəd kəndlərinin sakinlərinə hər zaman diqqət və qayğı göstərilir
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən mütəmadi olaraq kəndlərdə olur, sakinlərin müraciətlərini dinləyir, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərinin istər şəhər, istərsə də kənd sakinləri ilə görüşü artıq bir ənənə şəkilini alıb. Həmin ənənə bu il də davam etdirilir.

Sərhəddə yerləşən Kəmərli kəndində keçirilən bugünkü görüş deyilənlərin ən bariz nümunəsidir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək rayonumuzda görülmüş işlərdən, qazanılan uğur və nailiyyətlərdən danışıb. Qeyd edib ki, ötən il rayonumuz üçün uğurlu bir il oldu. Şəhər mərkəzi ilə yanaşı, rayonun bütün kəndlərində, eləcə də Kəmərli kəndində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirildi. Görülmüş bu işlər Prezident İlham Əliyevin qəbul etdiyi Dövlət Proqramının Qazaxda uğurla icra edilməsinə əyani sübutdur.
Sərhəd kəndlərinin sakinlərinə hər zaman diqqət və qayğı göstərilir
Rayonumuzda kənd təsərrüfatının inkişafından danışan İcra Başçısı bu sahədə də yüksək göstəricilərin əldə edildiyini bildirib. Qeyd edib ki, rayonumuzda əkin sahələri genişləndirilərək bu il 20 min hektara çatdırılıb. Eyni zamanda, yeni bitkilər əkilmiş və yüksək məhsul götürülmüşdür. Bütün bunlar əhalinin güzəranının daha da yaxşılaşmasına və məşğulluğunun artmasına xidmət edir.

Sakinlərlə səmimi söhbət edən İcra Başçısı tədbir iştirakçılarına müraciət edərək onları narahat edən məsələlər barədə çıxış etmələrini bildirib. Qeyd edib ki, bugünkü görüşümüzün əsas məqsədi sizin müraciətlərinizi dinləmək, mövcud vəziyyəti yerindəcə öyrənmək və həlli istiqamətində tədbir görməkdir.

Ağsaqqallardan Rəhim Rəhimov, Daşdəmir Nəbiyev, Məhəmməd Məmmədov, Ağakişi İsmayılov söz alaraq Qazax rayonunda, eləcə də Kəmərli kəndində görülən bütün işlərə görə kənd sakinləri adından Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar.

Sakinlərdən şair Mübariz Qaragözlü, İnsafə Əhmədova, Güləmayıl Nəbiyeva və başqaları da ağsaqqalların minnətdarlıq dolu sözlərinə qoşularaq yaşadıqları kəndin timsalında Qazaxda görülən işlərin geniş miqyasından danışıblar. Qeyd ediblər ki, bu gün Qazaxda insan amili ön plana çəkilib, vətəndaşların müraciətlərinə rayon rəhbərliyi tərəfindən dərhal münasibət bildirilir, qaldırılan məsələlər öz müsbət həllini tapır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərhəd kəndində keçirilən görüşə yekun vuraraq qeyd edib ki, 2018-ci ildə bizi qarşıda daha mühüm vəzifələr gözləyir. Rayon rəhbərliyi dövlətimizin çiçəklənməsi naminə bu mühüm vəzifələrin həyata keçirilməsi istiqamətində kənd sakinlərinə səmərəli fəaliyyət və uğurlar arzulayıb.

Elçin İSMAYIL

Geri qayıt