Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı şəhid Məmməd Mərdanovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
Qazaxda icra başçısı şəhid Məmməd Mərdanovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib23-09-2025, 18:36 |
Mərdanov Məmməd Ələddin oğlu 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. Bu gün isə o, Şəhidlik adlı uca bir məqama yüksəlib. M.Mərdanov 22 sentyabr 2021-ci il tarixdə Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək şəhid olub. Sentyabrın 23-də doğulub boya-başa çatdığı Xanlıqlar kənd qəbiristanlığında torpağa tapşırılıb. Bu gün igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 4 il ötür. Qazaxda bütün şəhidlərimiz kimi, Şəhidlik zirvəsinə ucalan Məmməd Mərdanovun xatirəsi də daim əziz tutulur. Sentyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları Xanlıqlar kəndində olub, şəhidimizin məzarını və evində ailəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar. Nə qədər ki, Azərbaycan xalqı var bütün şəhidlərimiz kimi, Məmməd Mərdanov da hər zaman yad olunacaq. Məmməd kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Məmməd tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Mərdanov Məmməd Ələddin oğlu 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. M.Mərdanov 22 sentyabr 2021-ci il tarixdə Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək Şəhidlik zirvəsnə yüksəlib. Sentyabrın 23-də doğulub boya-başa çatdığı Xanlıqlar kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidimizin 2 qız, 1 oğul övladı yadigar qalıb. Şəhidimizin doğulub boya-başa çatdığı Xanlıqlar kəndində adını əbədiləşdirən bulaq inşa olunub.
Geri qayıt |