Əsas Səhifə > Manşet / Sosial > Qazaxda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Qazaxda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib


Bu gün, 12:06


Hər kəsə yaxşı məlumdur ki, soyuq hava şəraiti istər kommunal sektorda, istərsə də digər sahələrdə payız-qış mövsümünə hazırlıq tədbirlərinə nəzarətin artırılması zərurətini yaradır. 

Sentyabın 19-da Qazax rayonunda payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilib. 

Qazax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun idarə, müəssisə, təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən söz açıb. Rayon rəhbəri bildirib ki, müşavirəni keçirməkdə əsas məqsəd payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən işləri və qarşıda duran vəzifələri müzakirə etməkdir. Rayon rəhbəri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində respublikamızın bütün bölgələrinin, o cümlədən Qazax şəhərinin, rayonunun kəndlərinin maddi-texniki bazasının gücləndiyini qeyd edib. Bu gün strukturların öz funksional vəzifələrindən asılı olmayaraq vahid orqanizm kimi çalışmalı olduqlarını söyləyib. İcra başçısı vurğulayıb ki, mövcud imkanlar daha səmərəli və əlaqəli fəaliyyət göstərməyə şərait yaradır və qarşıdan gələn mövsümə hazırlıq işləri də bu yanaşma ilə icra olunmalıdır. İcra başçısı qeyd edib ki, bütün sahələrdə payız-qış müvsümünə ciddi hazırlıq işləri görülməlidir. Elə etmək, hazırlaşmaq lazımdır ki, sonradan problemlər yaranmasın. Bunun üçün lazım gələn bütün hazırlıqlar yüksək səviyyədə həyata keçirilməli, qarşıda yarana biləcək hər hansı problem əvvəlcədən nəzərə alınmalıdır. Eyni zamanda, bununla bağlı lazımi orqanların rəhbərlərinə müvafiq göstərişlər veriləcək, qarşıya konkret vəzifələr qoyulacaqdır. Məqsədimiz qarşıda duran problemləri yerindəcə həll etməkdir. Çalışmalıyıq ki, mövsümlə bağlı heç bir problem olmasın. İcra başçısı vurğulayıb ki, nə qədər həyat var, problem də var. Payız, xüsusilə də qış mövsümündə isə problemlər çoxalır. Müraciətlərin sayı artır. Qarşımızda çox mühüm vəzifələr durur. Ona görə də hər bir idarə və müəssisə rəhbəri, ən əsası da xidmət sahələrinin rəhbərləri diqqətli olmalıdır. Əvvəlcədən lazım gələn bütün tədbirlər görülməli, gələcəkdə heç bir problemin yaranmaması üçün lazımi işlər həyata keçirilməlidir. Xüsusilə də elektrik transformatorları, elektrik xətləri, qaz paylayıcı xətlər yoxlanılmalıdır. Çoxmənzilli yaşayış binalarında elektrik və qaz cihazlarının təhlükəsiz istifadə olunmasına, tüstü boru və bacalarının düzgün quraşdırılmasına, təmizlənməsinə fikir verilməli, payız və qış rejiminə hazır vəziyyətə gətirilməldir. Elektrik enerjisinin gərginlik düşgüsünə, mavi yanacağın təzyiqinə daim nəzarət olunmalıdır.

“Hər bir dövlət məmuru bilməlidir ki, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin arxasında vətəndaş məmnunluğu dayanır. Ona görə də hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşa layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, - deyən icra başçısı bugünkü müşavirənin də bu məqsədi daşıdığını vurğulayıb.

İcra başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq qeyd edib ki, payız-qış mövsümünə hazırlıqla bağlı işlər görülür, bundan sonra da səylərimizi artırmalıyıq ki, hər hansı bir problem yarandıqda lazımi vaxtda öz həllini tapsın. Rayon rəhbəri sonda bir daha aidiyyəti üzrə ayrı-ayrı müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.


Geri qayıt