Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda rayon ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib
Qazaxda rayon ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilibBu gün, 17:45 |
Sentyabrın 12-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin 11.08.2025-ci il tarixli 3-18-35/2-289/2025 nömrəli məktubuna, 2025-ci il üçün mülki müdafiə “Tədbirlər Planı”na əsasən Qazax rayon ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin ərazisində keçirilən məşqin əsas məqsədi “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi, ərazi mülki müdafiə qüvvələrinin sənədlərinin rəhbər sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlığının yoxlanılması, ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxeminə müvafiq olaraq, fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, ərazi mülki müdafiə qüvvələrinin rəhbər heyətinin xəbərdarlıq toplanışı üzrə fəaliyyətinin yoxlanılması, fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsidir. Məşqə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının Fövqəladə hallar üzrə komissiyası, Mülki müdafiə qərargahı, Gəncə Regional Mərkəzinin əməkdaşları, mülki müdafiə xidmətlərinin ərazi qüvvələrinin şəxsi heyəti (texnika, avadanlıq və əmlakla təchiz olunmuş vəziyyətdə) cəlb olunub. Ərazi Mülki müdafiə qüvvələri və xidmətlərindən 65 ədəd texnika, 212 nəfər şəxsi heyət cəlb edilmişdir. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Rövşən Nəbiyev, rəis müavini, polkovnik-leytenant Rauf Abbasov, mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, polkovnik-leytenant Fuad Muradov, şöbənin baş zabiti, mayor İlham Məhərrəmov, şöbənin zabiti, baş leytenant Elçin Həsənov iştirak ediblər. Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, polkovnik-leytenant Fuad Muradov raport verdikdən sonra rayon rəhbərliyi və qonaqlar mülki müdafiə məşqinə toplanmış şəxsi heyətlə görüşüb, cəlb olunmuş texnika və ləvazimatlarla tanış olublar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları və məşqə toplanmış iştirakçıları salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı Fövqəladə hallar naziri Kəmaləddin Heydərov başda olmaqla, FHN Gəncə Regional Mərkəzinin rəhbərliyinə, əməkdaşlarına mülki müdafiə məşqinin keçirilməsinə görə minnətdarlığını bildirib. Keçirilən məşqin əhəmiyyətindən söz açan rayon rəhbəri hər hansı bir təbii fəlakət və fövqəladə hadisənin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin hazırlıqlı olmaları baxımından təşkil olunmuş bu məşqlərin mühüm rol oynadığını bildirib. Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Rövşən Nəbiyev çıxış edərək rayon rəhbərliyini salamlayıb, göstərilən qonaqpərvərliyə və tədbirdə iştirakına görə razılığını ifadə edib. R.Nəbiyev hər hansı bir bədbəxt hadisə və təbii fəlakət baş verən zaman mülki müdafiə qüvvələrinin hazırlıqlı olmaları üçün bu cür təlimlərin, məşqlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyib.
Geri qayıt |