Əsas Səhifə > Manşet / Sosial > Qazaxda şəhərin Əliağa Şıxlinski küçəsinə yeni asfalt örtüyü vurulur - FOTOLAR

Qazaxda şəhərin Əliağa Şıxlinski küçəsinə yeni asfalt örtüyü vurulur - FOTOLAR


Dünən, 18:11


Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Görülmüş işlər nəticəsində paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimiz müasirləşir, gözəlləşir. Bunu son bir neçə ildə günü-gündən gözəlləşən Qazaxın timsalında, rayonda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən işlərdən biri də rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə görülən təqdirəlayiq işlərdir.

2025-ci ildə Qazax şəhərində yolların əsaslı təmiri işlərində nəzərdə tutulmuş Əliağa Şıxlinski küçəsinə yeni asfalt örtüyünün vurulmasına başlanılmışdır. Əvvəlcə yolun köhnə asfalt qatı frez maşını ilə qazılmış, toz qatı təmizlənərək yapışdırıcı material tökülmüşdür. Hazırda yola birinci qat asfalt örtüyü vurulur. 


Sentyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sözügedən ərazidə olub, yolda görülmüş işlərlə tanış olub. Rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Rayon sakinləri, eləcə də sözügedən küçədə yaşayan vətəndaşlar son illər ölkə başçısının rəhbərliyi altında Qazaxda genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayır və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.


Geri qayıt