Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş məktubundan: “Əziz Prezidentimiz, Siz yaşayın ki, Azərbaycan xalqı əzilməsin”

Vətəndaş məktubundan: “Əziz Prezidentimiz, Siz yaşayın ki, Azərbaycan xalqı əzilməsin”


Dünən, 12:07


Sara Nəcəf-Rəşididən,

Hörmətli cənab Prezident,

Sizin gücünüzü, uğurlu siyasətinizi xalqımızla yanaşı, dünyanın tanınmış siyasətçiləri, dövlət və hökumət başçıları da bu gün xüsusi qeyd edirlər. Ona görə ki, bu siyasət təkcə xalqımıza deyil, regiona sülh, tərəqqi, inkişaf gətirir, bir çox dövlətlərin enerji təhlükəsizliyində, nəqliyyat imkanlarının genişlənməsində mühüm rol oynayır.

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Onun görmək istədiyi Azərbaycanı məhz Siz formalaşdırırsınız.

Bir vətəndaş olaraq, şəxsən mən bütün bunlarla fəxr edirəm, qürur duyuram, qəlbən sevinirəm. Var olun, çox yaşayın, əziz Prezidentimiz. Siz yaşayın ki, Azərbaycan xalqı əzilməsin. Siz yaşayın, var olun ki, Azərbaycan Ordusu daha da güclənsin, xalqımız rahat və firavan yaşasın.

Bizə bu sevincli günləri yaşatdığınız üçün Sizə çox-çox təşəkkür edirəm.

Hörmətlə,

Sara Nəcəf-Rəşidi

Azərbaycan Respublikası, Qazax şəhəri.

11 sentyabr 2025-ci il

https://president.az/az/articles/view/70059


Geri qayıt