Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş məktubundan:

Vətəndaş məktubundan:


Bu gün, 17:36


Sənan Xəlilovdan, 

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Qazax rayonunda həyata keçirilən abadlıq işlərinə – yolların asfaltlanmasına, səkilərin təmirinə, işıqlandırma sisteminin yenilənməsinə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Sizin qayğınız və diqqətiniz sayəsində rayonumuz daha abad, daha gözəl və müasir görkəm almışdır. Gecələr şəhərin işıqlı və rəngarəng mənzərəsi Qazax sakinlərini çox sevindirir. İşğal altındakı kəndlərimizi də azad edərək bizə bəxş etdiniz.

Cənab Prezident, Sizin rəhbərliyiniz altında Azərbaycan xalqının hələ çox nailiyyətlər əldə edəcəyinə inanır, bu yolda Sizə davamlı uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Xəlilov Sənan Çingiz oğlu, tələbə.

Azərbaycan Respublikası, Qazax rayonu, Canalı kəndi.

10 sentyabr 2025-ci il 

https://president.az/az/articles/view/70052


Geri qayıt